Nağıl kimi empatiya dərsi: Heyvanlar şagirdlərə xeyirxah olmağı öyrədir
    • 12-11-2024, 19:00
    • 159

Nağıl kimi empatiya dərsi: Heyvanlar şagirdlərə xeyirxah olmağı öyrədir

Rumıniyada şagirdlər travma almış heyvanlarla eyni sinifdə təhsil alır və empatiya hisslərini inkişaf etdirirlər. 

News24.az xəbər verir ki, layihə uşaqlara xeyirxah olmağı öyrətməklə yanaşı, həmyaşıdların zorakılığına qarşı mübarizəyə töhfə vermək məqsədi daşıyır.

Toyuq "Rodika..." və ördək "Bubble"... 

İki şirin heyvan zorakılığa məruz qalıb. Onlar reabilitasiya olunaraq Rumıniyaya məktəbə göndəriliblər.

Onlar dərslərdə iştirak edir və sinifdə sərbəst hərəkət edirlər, çünki hər ikisinin bir missiyası var: Uşaqlara empatiya qurmağı və digər canlılarla mehriban olmağı öyrədirlər.

Qeyd edək ki, şagirdlərə heyvanlar vasitəsilə empatiya öyrətmək layihəsi 20 məktəbdə həyata keçirilib. Buraya beşinci və altıncı sinif şagirdləri daxildir. 

Məqsəd həmyaşıd zorakılığına qarşı mübarizəyə töhfə verməkdir. Tətbiq uğurlu olarsa, bütün ölkəyə yayılacaq.

Məryəm İlhamqızı