Bakıda insanların ümidini puç edən şəxslə bağlı YENİ XƏBƏR
    • 1-07-2019, 12:02
    • 850

Bakıda insanların ümidini puç edən şəxslə bağlı YENİ XƏBƏR

Bakıda çoxsaylı insanlara qarşı dələduzluq etmiş şəxs barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsində Ağayev Tahir Sərxan oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə açılan işin materialları rayon məhkəməsinə göndərilib. Yaxın günlərdə iş üzrə məhkəmə prosesi başlayacaq. 

Qeyd edək ki, 1965-ci il təvəllüdlü Tahir Sərxan oğlu Ağayev bir qrup şəxsi işə düzəltmək adı ilə aldadaraq onların ümumilikdə 25 min 300 manat pullarını alıb və vədinə əməl etməyib.

O, 2016-ci ilin avqust ayından etibarən xeyli insandan onları işə düzəltmək vədi ilə müxtəlif miqdarda pul alıb.