-
- 5-12-2019, 20:29
- 1 282
Bakıda 9 qadını aldadan Zaurun ƏMƏLLƏRİ – Cinayət işi açılıb
Bakıda dələduzluq etmiş şəxs barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
News24.az -ın məlumatına görə, Nərimanov Rayon Polis İdarəsində Əliyev Zaur Elxan oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, yəni, dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə açılan işin materialları məhkəməyə göndərilib.
İşə Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, iş üzrə 11 nəfər zərərçəkən kimi tanınıb. Onlardan 9-u qadındır. Zaur Əliyevin həmin şəxslərin etibarından sui istifadə edərək dələduzluq etdiyi bildirilir.