Bakıda qadın həmcinslərinin başına oyun açdı – CİNAYƏT İŞİ
    • 19-07-2019, 13:09
    • 1 111

Bakıda qadın həmcinslərinin başına oyun açdı – CİNAYƏT İŞİ

Bakıda 5 nəfərə qarşı dələduzluq etmiş qadın barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, Yasamal Rayon Polis İdarəsində Sevər Cəlalova barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, yəni dələduzluq-təkrar törədildikdə maddəsi ilə açılan işin materialları rayon məhkəməsinə göndərilib. İş hakim Hüseyn Səfərovun icraatına verilib.

Qeyd edək ki, S.Cəlalova Yasamalda 5 qadının etibarından sui istifadə edərək onlardan xeyli pul alıb. Həmin qadınlara müxtəlif vədlər verən təqsirləndirilən şəxs pulu geri qaytarmayıb.

Məhkəmə prosesinin hazırlıq iclası iyulun 26-na təyin edilib.