İt dəhşət saçdı: Qadının ayaqları və üzü parçalandı
    • 14-11-2024, 10:21
    • 461

İt dəhşət saçdı: Qadının ayaqları və üzü parçalandı

Ankarada Prof. Dr. Meliha Yılmaz evə qayıdarkən itlərin hücumuna məruz qalıb.

News24.az xəbər verir ki, itlər tərəfindən yerə yıxılan və dişlənən qadını qonşular xilas ediblər.

Hadisəni görənlərin xəbəri üzərinə həkim briqadası hadisə yerinə gəlib. Yaralı Meliha Yılmaz xəstəxanaya aparılıb.

Yılmaz aparıldığı xəstəxanada müalicə olunub və gecə saatlarında evə buraxılıb.

Günel Məlikzadə