Azərbaycanın qonşuluğunda ard-arda güclü zəlzələ oldu
    • 14-11-2024, 12:24
    • 828

Azərbaycanın qonşuluğunda ard-arda güclü zəlzələ oldu

İranda ard-arda iki zəlzələ baş verib.

News24.az Milli.Az-a istinadla xəbər verir ki, bu barədə İran Milli Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, İranın Sistan və Bəlucistan əyalətinin Nüsrətabad bölgəsində 4,2 bal gücündə zəlzələ olub. Bundan təxminən yarım saat sonra Xorasan-e Rəzəvi əyalətinin Kaşmər şəhərində 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

Dağıntı və ya tələfat olub-olmaması ilə bağlı məlumat verilməyib.