-
- 1-07-2019, 16:10
- 1 791
Gəncədə uşaq anasının əlindən qaçdı çayda boğuldu - YENİLƏNİB
Gəncə şəhərinin Kəpəz rayonunda naməlum şəraitdə Gəncəçay çayına düşən 2012-ci il təvəllüdlü Səfərli Hüseyn Nuru oğlunun axtarışları başa çatıb.
News24.az FHN-nin saytına istinadən xəbər verir ki, H.Səfərlinin meyiti Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
****
15:00
Gəncədə 7 yaşlı azyaşlı çayda batıb.
News24.az FHN-nin saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlının naməlum şəraitdə Gəncə çayına düşməsi barədə məlumat daxil olub. Hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Bildirilib ki, hadisə bu gün baş verib. 2012-ci il təvəllüdlü Səfərli Hüseyn Nurəli oğlu anasının əlindən qaçaraq çaya yıxılıb. Nəticədə azyaşlı çayda batıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Hazırda onun meyitinin tapılması istiqamətdə tədbirlər davam etdirilir.