Gəncədə ictimai nəqliyyatda cibgirlik edən qadın tutulub - FOTO
    • 1-07-2019, 17:30
    • 844

Gəncədə ictimai nəqliyyatda cibgirlik edən qadın tutulub - FOTO

Gəncədə ictimai nəqliyyatda cibgirlik edən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında şəhər ərazisində xətt avtobusunda bir qadının çantasından 32 manat nağd pulu və ümumi dəyəri 410 manat olan qızıl zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 59 yaşlı Samux rayon sakini Səlminaz Həsənova saxlanılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.