Cəmiyyətimiz polisinə inanıb rahat hərəkət edirsə, bu bizim uğurumuz deməkdir- Vaqif Əsədov
    • 2-07-2019, 09:57
    • 2 092

Cəmiyyətimiz polisinə inanıb rahat hərəkət edirsə, bu bizim uğurumuz deməkdir- Vaqif Əsədov

Bu gün Azərbaycanda təhlükəsizlik keşikçilərinin-polislərin peşə bayramıdır. 

101 il bundan əvvəl ölkəmizdə ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb. 

Azərbaycan polisinin fəaliyyəti taximizin xanlıqlar dövrünə təsadüf edib. Həmin vaxtlar xanlıqlarda xüsusi səlahiyyətlərlə fəaliyyət göstərən darğalar müəyyən polismeyster idarələri, Bakı Şəhər upravasının polisi, Bakı xüsusi Vergi polisi, xəfiyyə polisi, Gəncə, Zəngəzur, Şuşa, Cavad və.s qəzaların polis idarələri mövcud olub. 

1920-ci ilin aprelində bolşevik Rusiyası ölkəmizi işğal edir və Azərbaycanda sovet hakimiyyəti qurulur. Sovet Azərbaycanının ilk daxili işlər naziri Həmid Sultanov təyin edilir. Pristavları komissarlar əvəzləyir, polisin adı dəyişdirilərək milis adlandırılır. Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Xalq Cümhuriyyəti dövründə yaradılıb. Məqsəd cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək olub. 

1998-ci il iyulun 2-dən isə prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov News24.az-a Azərbycan polisinin bu günə kimi əldə etdiyi uğurlarından bəhs edib. O, ilk növbədə Azərbaycan polisinin yaranmasının 101 ili, peşə bayramı münasibətilə bütün həmkarlarını təbrik edib: «Bu gün Azərbaycan cəmiyyəti onun polisinə inanıb arxalanırsa, təhlükəsiz, rahat hərəkət edirsə, polisin fəaliyyəti deməkdir. Hər bir polis əməkdaşının xidmətində  uğurlar arzu edirəm.  Polisin xidmətinə cəmiyyət qiymət verir, hər bir polis əməkdaşının  xidmət etdiyi ərazidə təhlükəsizlik təmin edilirsə, asayiş qorunursa, dövlət, vətən qarşısında xidməti yerinə yetiririksə, bu elə bizim fəaliyyətimiz deməkdir.  

Bu gün bütün sahələrdə uğurlar qazanmış polisin bir fəaliyyəti olan yol polisi də xeyli uğurlu nəticələr əldə edib. Elə təkcə onu demək kifayətdir ki, Bakı Şəhər üzrə qeydə alınan yol qəza hadisələrin azalması, ölüm faktlarının aşağı düşməsi, eyni zamanda müsbət dinamika üzrə hərəkət etməsi Bakı şəhər Dövlət Yol Polisinin uğuru sayılır. Baxmayaraq ki, ölkə üzrə gətirilən nəqliyyat vasitələrinin sayı, sürücülərin sayı artır, küçə və yolların müasir səviyyəyə gətirilməsi davam etdirilir, sürət həddi artırılır, yol birləşmələri, kəsişmələri körpü və tunellərin istifadəyə verilməsi kimi yeniliklər yol qəza hadisılərinin olmsına zəmin yaradır. Amma bugünədək yol polisinin məqsədli şəkildə keçirdiyi tədbirlər, eyni zamanda, «Yol hərəkəti haqqında» qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklər, polisin fəaliyyəti ilə bağlı tətbiq edilən müasirlik və yeni texnologiyalar bötüvlükdə polisin fəaliyyətinə təsir edən bu müsbət göstəricilər nailiyyət əldə etmək üçün bir stimuldur. Bundan sonra da insanlarln təhlükəsziliyini təmin etmək bizim funksional borcumuz olacaqdır». 

Afaq Mirayiq