Bakıda yol polisində mühüm dəyişiklik - NAZİRDƏN ƏMR
    • 18-10-2019, 14:59
    • 863

Bakıda yol polisində mühüm dəyişiklik - NAZİRDƏN ƏMR

Bakı DYP-ə yeni müavin təyin olunub.

Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi edib.

Nazirin əmri ilə Beyləqan rayon Dövlət Yol Polisi Bölməsinin rəisi Rəşid Piriyev Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin edilib. Bununla da Bakı şəhər DYP-də rəis müavinlərinin sayı 4-ə çatıb. /avtosfer/