2 İyul - Azərbaycan Polisinin 100 illiyi
    • 2-07-2018, 10:12
    • 5 083

2 İyul - Azərbaycan Polisinin 100 illiyi

Bu gün Azərbaycan Polisinin yaranmasının 100-cü ildönümünü qeyd edilir.

Həmçinin ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

Azərbaycanın ilk polis bölüyü Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb.

Azərbaycan polisinin fəaliyyəti taximizin xanlıqlar dövründə görünməyə başlayıb. Həmin vaxtlar xanlıqlarda xüsusi səlahiyyətlərlə fəaliyyət göstərən darğalar müəyyən polismeyster idarələri:- Bakı Şəhər upravasının polisi:-Bakı xüsusi Vergi polisi;-xəfiyyə polisi:-Gəncə, Zəngəzur, Şuşa, Cavad və.s qəzaların polis idarələri. 1920-ci ilin aprelində bolşevik Rusiyası ölkəmizi işğal edir və Azərbaycanda sovet hakimiyyəti qurulur.

Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Xalq Cümhuriyyəti dövründə yaradılıb. Məqsəd cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək olub.

Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid verib, 681 əməkdaş isə əlil olub.