Bakı metrosu daha dörd yeni qatar alacaq
    • 2-07-2019, 13:28
    • 1 094

Bakı metrosu daha dörd yeni qatar alacaq

Yaxın bir ay ərzində “Bakı Metropoliteni” QSC hər biri beş vaqondan ibarət olan daha iki yeni qatarı Bakıya gətirəcək.

News24.az-
ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu ilin sentyabr ayında isə digər iki yeni qatar gətiriləcək. B.Məmmədov deyib ki, qatarlar tənzimləmə və sazlama işlərinin tamamlanmasından sonra xəttə buraxılacaq.