Metro istifadəçilərinə şad xəbər - Telefonlarınızı
    • 2-07-2019, 13:43
    • 1 519

Metro istifadəçilərinə şad xəbər - Telefonlarınızı "zaryatka"ya qoya biləcəksiniz

Bu gün "Bakı Metropoliteni" iki yeni qatarı xəttə buraxıb.

News24.az xəbər verir ki, yeni qatarlar saat 13:00-da "Dərnəgül" stansiyasından yola salınıb. 

Ən müasir 4-cü nəslə aid olan vaqonlar səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün USB portlara malikdir.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC bu il Rusiyadan 6 qatar alıb. Onlardan 10 vaqon artıq Bakıya gəlib. Avqustun 10-dan ilin sonuna qədər isə  daha 20 vaqon Bakıya gətiriləcək.