Rizəlilərin çox maraqlı hava proqnozu metodu
    • 7-08-2018, 11:44
    • 880

Rizəlilərin çox maraqlı hava proqnozu metodu

Türkiyənin Çamlıhemşin rayonunun Köçdüzü yaylağındakı Adalı Göldə yerləşən kiçicik üzən adacıqlar böyük  marağa səbəb olub. 

News24.az-ın məlumatına görə, bu göldəki adacıqların sahil və gölün dibi ilə əlaqəsi olmadığı üçün bu adalar küləkli havalarda gölün içərisində hərəkət edir, başqa sözlə üzür. Yaylada yaşayan insanlar bu adalara əsasən hava proqnozunu müəyyən edirlər. Küləyin təsiri ilə adalar göldə cənuba doğru hərəkət edərsə hava soyuyacaq, şimala doğru hərəkət edərsə, günəşli və yağmursuz hava gözləniləcək.

Kənd sakinlərinin sözlərinə görə, bu proqnoz artıq on illərdir özünü doğruldur.