Türk Hava Yollarının təyyarəsi 147 sərnişinlə zolaqdan çıxdı
    • 31-08-2019, 18:31
    • 968

Türk Hava Yollarının təyyarəsi 147 sərnişinlə zolaqdan çıxdı

Bu gün Türkiyənin İzmir-İstanbul şəhəri arasında hərəkət edən Türk Hava Yollarına aid “Boeing 737-800” markalı təyyarə İstanbula eniş etdikdən sonra hərəkət zolağından çıxıb.
News24.az xəbər verir ki, göyərtəsində 147 sərnişin və 7 heyət üzvünün olduğu təyyarə heç bir qəza baş vermədən zolağa dönə bilib.
Hadisə ilə bağlı Türk Hava Yollarında verilən məlumatda sərnişinlər və heyət üzvləri arasında xəsarət alanların olmadığı bildirilib. Qeyd edilib ki, hadisə baş verən təyyarə ilə bağlı araşdırma aparılır.