-
- 4-10-2018, 16:05
- 1 048
Kanadada göldə naməlum bədheybət göründü
Kanadanın Okanaqan gölündə bədheybət görünüb.
Bu bədheybət yerli sakinlər tərəfindən Oqopoqo bədheybəti adlandırılıb. Oqopoqo haqqında məlumatlar bu vaxta qədər ancaq şifahi idi. Amma bu ilin sentyabr ayında onun fotolarını çəkdilər.
Fotolarda bədheybətin başı və quyruğu aydın görünür. Fotolardan da məlum olur ki, bu balıq deyil. Fotolardan başqa sentyabr ayında onu iki nəfər də görüb.
Kadrları yerli həvəskar fotoqraf Endryü çəkib. Onun sözlərinə əsasən, Blyubird körfəzində olub və gölün gözəl fotolarını çəkmək istəyib. Birdən o, dərinliklərdən üzə qalxan nəhəng obyekt görüb. Obyek hərəkət edirmiş və tezliklə soldan sağa dönüb. Fotoqraf bildirir ki, bu obyekt insan əli ilə düzəldilmiş texniki vasitə deyildi.
Növbəti müşahidə 18 sentyabr tarixində olub. Vankuverli fəhlə Martin gölün sahilindəki binada işləyirmiş. Nahar fasiləsində gölün kənarına gedərək suya tamaşa etmək istəyib:
“Göldə yaxta çox az idi və mən başa düşdüm ki, hava xoşdur və küləksizdir. Göldə dalğa demək olar ki, yox idi. Qəflətən nəhəng ilana oxşayan bir canlı gördüm. O, başını sudan çıxardanda bədəni göldə iri dalğalar yaratdı. Mən iş yoldaşıma da bunu göstərdim və o da naməlum canlını gördü. Onun uzunluğu 6-15 metr olardı. Suyun üzərində 2-3 dəqiqə qaldı. Telefonumu cibimdən çıxarıb bədheybəti lentə almaq istəyəndə o yoxa çıxdı. Sonra öyrəndim ki, bir həftə əvvəl kimsə bu göldə bədheybətin fotosunu çəkib və mən foto çəkilən yerə yaxın idim”.
Növbəti dəfə bədheybət “Bear Creek Provincial Park” yaxınlığında görünüb. David Halbauer adlı şəxs bildirir ki, sudan çıxan dinozavr başı görüb. O, bədheybəti sahildən 100 metr aralıda gördüyünü qeyd edib.
Qeyd edək ki, Oqopoqo bədheybəti 19-cu əsrdən müşahidə edilir. Eyni zamanda herli hinduların əfsanələrində də “Nxa-a-tik” adlı bədheybətdən söhbət açılır. Bu isə tərcümədə göl iblisi deməkdir.
Ölkə.Az