Azərbaycanlı dünya çempionu vəfat etdi
    • 30-06-2019, 18:13
    • 1 165

Azərbaycanlı dünya çempionu vəfat etdi

Bakının Sabunçu rayonunda, Bakı Olimpiya Stadionunun qarşısında baş vermiş avtoqəzada xəsarət alan şaolin ustası, MMA döyüş növü üzrə dünya çempionu Fərhad Poladov vəfat edib.

Bu barədə 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib.
Qeyd edək ki, dünən Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib. 1993-cü il təvəllüdlü Fərhad Poladovun idarə etdiyi “Niva” və “Hyundai” markalı avtomobillər toqquşub. Döş qəfəsindən və sol ayağından sınıq xəsarətləri alan idmançı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi. /APA/