-
- 4-07-2019, 13:13
- 1 294
"Azercell" "BARAMA"nı ləğv edir?
"Azercell" innovasiyaların və rəqəmsal sahibkarlığın inkişafına dəstək verən, 10 il tarixi olan BARAMA İnnovasiya və Sahibkarlıq Mərkəzini deyəsən, ləğv etmək istəyir".
News24.az xəbər verir ki, bu bu fikriləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz sosial şəbəkədə yazıb. O, bildirib ki, bu qurum fəaliyyətsizdir: "Bir müddət öncə Azercell REBRENDİNG etdi . Yeni strateji inkişaf konsepsiyası təqdim edildi.Rəqəmsal transformasiyaya, innovasiyalara üstünlük veriləcəyi bildirildi. Amma proseslərin hələlik tərsinə getdiyi görsənir. Görünən odur ki, Azercell innovasiyaların və rəqəmsal sahibkarlığın inkişafına dəstək verən, 10 il tarixi olan BARAMA İnnovasiya və Sahibkarlıq Mərkəzini deyəsən, ləğv etmək istəyir. Bir müddətdir ki , bu qurum ekosistemdə görünmür və fəaliyyəti yoxdur. Hətta əməkdaşlarının da işdən çıxarıldığı bildirilir. Düzü, anlaşılmazdır, müəyyən infrastruktura və təcrübəyə malik olan, startap ekosistemdə öz yeri olan bu qurumu ləğv etmək görən kimin ağlına gəlib. Doğurdanmı rəqəmsal transformasiyanı ilk öncə innovasiya mərkəzinin ləğvindən başlamaq lazım idi ? Bilmirəm, anlaşılmazdır, bəlkə də, kimlərsə onu NRYTN nəzdində yaradılan İnnovasiyalar Agentliyinin tərkibinə qatmaq istəyirlər. Belə görünür ki Azercell-in dövlət şirkətinə çevrilməsi hələlik gözləntiləri doğrultmur. Bu qurumun idarəedilməsinə bürokratik təsirlərin gücləndiyi görsənir. Düşünürəm ki hökumət, milyonlarla manat vergi ödəyicisi olan bu nəhəng dövlət şirkətinin kimlər üçünsə “yem mənbəyi” olmasına yol verməməli, bürokratik təsirlərdən qorumalı və onu daha da gücləndirərərk yenidən özəl sektora qayıtması üçün əməli addımlar atmalıdır. Ümid edirəm bununla bağlı hansısa bir rəsmi açlqlama veriləcək".