Hərbçilərimiz Minskdə keçirilən hərbi paradda iştirak ediblər - FOTO
    • 4-07-2019, 13:20
    • 980

Hərbçilərimiz Minskdə keçirilən hərbi paradda iştirak ediblər - FOTO

Belarus Respublikasına səfər çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti iyulun 3-də Minsk şəhərində keçirilən bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş hərbi paradı izləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, paradda fəxri qonaq qismində Müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

Hərbi paradda Azərbaycan Ordusunun bayraqdarlar heyəti ilə yanaşı Belarus Respublikası və Rusiya Federasiyası silahlı qüvvələrinin, həmçinin Çin Xalq Azadlıq Ordusunun parad heyətləri də iştirak ediblər.