-
- 5-07-2019, 11:24
- 1 367
Bakıda adam öldürən şəxsdən həbsxanada növbəti CİNAYƏT
Bakıda qətl törətdiyi üçün məhkum edilən şəxsə həbsxanada törətdiyi qeyri-qanuni əmələ görə növbəti cinayət işi açılıb.
News24.az-ın məlumatına görə, Nizami rayononu ərazisindəki cəzaçəkmə müəssisəsində saxlanılan Şabanzadə Xəyal Sadıx oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci, yəni, Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi maddəsi ilə iş açılıb.
Qeyd edək ki, Xəyal Şabanzadə Xəzər rayonunda tanışını öldürdüyü üçün həbs edilib. Belə ki, Binə qəsəbəsi Südçülük massivində gecə saatlarında 1991-ci ildə Lerikdə anadan olmuş Ağayev Əyyar Qubad oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə 3 saylıı şəhər xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağayevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etmiş şəxsin Əyyar Ağayevin dostu Xəyal Şabanzadə olması müəyyən edilib. O, saxlanaraq istintaqa təhvil verilib.
Xəyal Şabanzadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 228-ci ( soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilib.