Binəqədidəki həbsxanadakı dayısına gizli telefon vermək istəyən bacıoğlu tutuldu
    • 1-12-2019, 12:39
    • 1 162

Binəqədidəki həbsxanadakı dayısına gizli telefon vermək istəyən bacıoğlu tutuldu

Bakıda həbsxanaya qadağan edilmiş əşya keçirmiş şəxs barəsində cinayət işi açılıb.
News24.az -ın məlumatına görə, cəzaçəkmə müəssisəsinə qadağan edilmiş əşya keçirməyə çalışan Sadıqov Bilal Sadəddin oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-1.1-ci, yəni,  Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi maddəsi ilə iş açılıb.
Artıq iş üzrə materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib və hakim Abbas Rzayevin icraatına verilib.