"Taksi" filminin ulduzunu Moskvada döydülər
    • 7-08-2018, 13:42
    • 985

"Taksi" filminin ulduzunu Moskvada döydülər

Bu olay Moskvada,  "Voys" karaoke-klubunda baş verib. "Taksi" filminin baş qəhrəmanı, fransız aktyoru Sami Naseri orada möhkəm döyülüb.

Həmin klubda o digər bir müştəri ilə konflikdə girib və onların aralarında dava düşüb.

 Dava zamanı onun rəqibi aktyorun sifətinə yumruq vuraraq onun burnunu sındırıb. Aktyoru dərhal məşhur Sklifosovski İnstitutunun xəstəxanasına aparıb, orada yardım ediblər.

Hazırda polis araşdırma aparır.