Bu elektrik cihazlarını “udlinitel”ə taxmaq olmaz!
    • Bu gün, 16:20
    • 103

Bu elektrik cihazlarını “udlinitel”ə taxmaq olmaz!

Evlərimizdə demək olar ki, hər bir məhsul elektrik enerjisi ilə işlədiyi üçün uzatma kabelləri və çoxsaylı elektriz yuvaları artıq həyatımızın standart hissəsinə çevrilib. 

News24.az Söz.az-a istinadla xəbər verir ki, həyatımızı asanlaşdıran və daha praktik edən elektrik uzadıcılarından istifadə bəzi əşyalar üçün təhlükəlidir.

Böyük məişət əşyaları: Soyuducu, paltaryuyan və ya qabyuyan maşın kimi böyük məişət əşyalarınnı uzatma kabeli vasitəsilə cərəyana qoşmaq olmaz. Yüksək elektrik enerjisi istehlak edən bu əşyalar həddindən artıq isinməyə və ya həddindən artıq yüklənməyə səbəb ola bilər ki, bu da yanğına səbəb gətirib çıxa bilər. Onlar birbaşa elektrik yuvasına qoşulmalıdır.

Kompüterlər və texnoloji cihazlar: Kompüterlər, televizorlar və buna bənzər texnoloji cihazlar gərginliyin dəyişməsinə çox həssasdır. Uzatma kabellərində görünə bilən bu dalğalanmalar cihazların nasazlığına səbəb ola biləcəyi üçün bu onları elektrik uzadıcılarına qoşmaq məsləhət görülmür. 

Elektrikli qızdırıcılar: fen, ev və su qızdırıcıları həmçinin bəzi oxşar əşyalar həddindən artıq isinməyə səbəb ola bilər. Onları uzatma kabeli ilə istifadə etmək yanğın təhlükəsi yaratdığından, bir başa elektrik yuvasına qoşmaq tövsiyyə edilir.