Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Hadisə
Gəncə şəhərində azyaşlı qız xəstəxanada vəfat edib.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 1-nə keçən gecə Gəncə şəhərindəki Uşaq Xəstəxanasında baş verib.
Xəstəxanaya yerləşdirilmiş 2019-cu il təvəllüdlü R. Qarzadə təcili yardıma çatdırılmasına baxmayaraq vəfat edib.
Azyaşlının onkoloji xəstəlikdən əziyyət çəkdiyi və xəstəliyinin ağırlaşması səbəbindən həyatını itirdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır./Publika.az