Şəkidə 52 kiloqram narkotik MƏHV EDİLDİ
    • 6-09-2019, 10:11
    • 844

Şəkidə 52 kiloqram narkotik MƏHV EDİLDİ

“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, rayonun İbrahimkənd kəndi ərazisində vətəndaşa məxsus torpaq  sahəsində  ümumi çəkisi 52 kiloqrama yaxın olan 225 ədəd narkotik tərkibli çətənə kolları kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.