Qadına zor tətbiq edərək pulunu oğurlayan şəxs ƏLƏ KEÇDİ
    • 6-07-2019, 11:13
    • 833

Qadına zor tətbiq edərək pulunu oğurlayan şəxs ƏLƏ KEÇDİ

İyulun 5-də Gəncə şəhəri ərazisində şəhər sakini S.Məmmədovaya zor tətbiq edən şəxsin onun 200 manat pulunu alması barədə Nizami (Gəncə) RPİ-yə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini E.Babayev qısa müddətdə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Nizami (Gəncə) Rayon Polis İdarəsində araşdırma aparılır.