Cənubi Koreyada prezident hərbi vəziyyət elan etdi xaos yarandı
    • Dünən, 08:15
    • 121

Cənubi Koreyada prezident hərbi vəziyyət elan etdi xaos yarandı

Cənubi Koreyada tam xaos hökm sürür.

News24.az xəbər verir ki, Cənubi Koreya prezidenti Yon Sok Yol hərbi vəziyyət elan edib.

Cənubi Koreya lideri hərbi vəziyyət qərarının Şimali Koreyayönlü ünsürləri dövlətdən təmizləmək üçün qəbul edildiyini açıqlayıb.

Yoon 300 nəfərlik parlamentdə çoxluq təşkil edən müxalifəti “rejimi devirməyə çalışan anti-dövlət qüvvələr” adlandırıb.

Qeyd edək ki, hərbi vəziyyət qərarının qaçılmaz olduğunu bildirən Yon ölkəni azad və demokratik şəkildə yenidən quracaqlarını bildirib.

Cənubi Koreya ordusu da parlamentin və siyasi partiyaların fəaliyyətinin qadağan edildiyini açıqlayıb.

Eyni zamanda, qərargah rəisi general Park An-su hərbi vəziyyət komandiri təyin edilib.

Ordunun parlament binasına girməyə cəhd etdiyi də bildirilir.

Günel Məlikzadə