ABŞ-ın sonunu gətirəcək - 2050-ci ildə...
    • 4-12-2024, 16:18
    • 82

ABŞ-ın sonunu gətirəcək - 2050-ci ildə...

ABŞ-da piylənmə və artıq çəki dərəcələri həyəcan verici səviyyəyə çatır. 

News24.az xəbər verir ki, 2021-ci ildə böyüklərin 75 faizi və yeniyetmələrin 50 faizi klinik olaraq kilolu və ya obez olaraq təsnif edilib.

1990-cı ildən bu yana iki dəfə artan bu nisbətlərin 2050-ci ilə qədər daha da artacağı və təcili müdaxilə edilmədiyi təqdirdə böyüklərin 80 faizinə və yeniyetmələrin 60 faizinə çatacağı gözlənilir.

Qeyd edək ki, piylənmə ürək xəstəlikləri, diabet və xərçəng kimi ciddi sağlamlıq problemlərinə səbəb olur. 2021-ci ildə ABŞ-da piylənmədən ölənlərin sayı 335 min olaraq qeydə alınıb.

Piylənmə ilə bağlı sağlamlıq xərclərinin növbəti onillikdə 9,1 trilyon dollara çatacağı təxmin edilir.

Bildirək ki, xüsusilə, uşaqlıq və yeniyetməlik dövründə piylənmənin artması diqqət çəkir. 2-19 yaş arası uşaqların 20 faizi obezdir. 2050-ci ilə qədər bu nisbətin hər 5 uşaqdan 1-ə yüksələcəyi gözlənilir. Bu vəziyyət təkcə fiziki sağlamlığı deyil, həm də sosial və mənəvi sağlamlığı təhdid edir.

Mütəxəssislər piylənmə ilə mübarizədə cəmiyyətə əsaslanan kompleks müdaxilələrin və yeni nəsil piylənmə əleyhinə dərmanların vacibliyini vurğulayırlar. Bununla belə, bu həllərin davamlılığı və əlçatanlığı ilə bağlı suallar qalmaqdadır.

Tədqiqatçılar effektiv və qalıcı həllər üçün daha çox araşdırmaya ehtiyac olduğunu bildirirlər.

Günel Məlikzadə