Bayramda bu məhsullarda qiymətlər ARTA BİLƏR Yeni il bayramında qiymətlərin artması qaçılmazdır”
    • 29-11-2024, 22:20
    • 39

Bayramda bu məhsullarda qiymətlər ARTA BİLƏR Yeni il bayramında qiymətlərin artması qaçılmazdır”

News24.az yenicag.az-a istinadla bildirib ki,bu sözləri açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

İqtisadçı Yeni il bayramı ərəfəsində yarmarkalar və ticarət obyektlərindəki qiymət artımları ehtimalından söz açıb.

Onun sözlərinə görə, bunu süni qiymət artımı adlandırmaq olar:

“Ümumiyyətlə, hər il Azərbaycanda bayram ərəfələrində qiymət artımı olur. Bundan əlavə, Azərbaycan iqtisadiyyatı inhisarçı iqtisadiyyat olduğuna görə, istənilən sahədə dövriyyə artanda qiymət də qalxır. Sözsüz ki, Yeni il ərəfəsində insanlar daha çox alış-veriş etdikləri üçün bu hal qaçılmaz vəziyyətdir. Odur ki, qiymətlər artacaq, bahalaşmalar müşahidə olunacaq”.

A. Nəsirli bunun qarşısını almaq üçün lazımi həll yollarından da danışıb:

“Təbii ki, qiymət artımının qarşısını almaq mümkündür. Belə ki, bu hallarda bazar iqtisadiyyatı arasında olan rəqabət əsas rol oynayır. Hətta belə rəqabət olsa, bazarda olan qiymət artımı ən çətin proses olar. Çünki onlar qiymət artımı ilə ziyana doğru gedə bilərlər. Lakin əfsuslar olsun ki, bu rəqabət Azərbaycanda yoxdur. Bu da öz növbəsində bahalaşmanın qarşısını ala bilməyəcək”.

“Nəticə olaraq, hər il yaşanan qiymət artımı yenə özünü göstərməkdə davam edəcək. Həm daxili, həm də beynəlxalq faktorlar, məsələn, inflyasiya və idxal xərclərinin artması, kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətlərində artımlara səbəb ola bilər”,. – deyə o, fikirlərini yekunlaşdırıb.