-
- 14-03-2022, 14:47
- 1 137
"Qiymət artımı ilin sonunadək davam edəcək" - EKSPERTDƏN AÇIQLAMA
Novruz bayramına sayılı günlər qalıb. Bu baxımdan insanlar bazarlara üz tutub, bayram tədarükü görürlər. Hər il Novruz bayramı ərəfəsində ölkədə müxtəlif qida məhsullarının qiymətində bahalaşma müşahidə olunur.
Bəs, Novruz bayramı ərəfəsində ərzaq məhsullarının qiymətində artımın səbəbi nədir?
Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli News24.az-a açıqlamasında bildirib ki, bayramla əlaqədar insanların alıcılıq qabiliyyəti artıb:
"İnsanlar yanvar-fevral aylarında az vəsait xərcləyirlər. Çünki bu aylarda bayram yoxdur. Bu səbədən insanların iqtisadi aktivliyi yanvarın - 15- dən fevralın sonuna qədər aşağı düşür. Lakin mart ayından sonra xərcləmələrin aktivliyi artır. Bu da bayramla əlaqədar artımları da stimullaşdırır. Yəni qiymətlərin artması təbii artımdır, süni deyil. Bu qiymət artımı gözlənilən idi".
Ekspert deyib ki, qiymət artımının əsas səbəbləri pandemiya, logistika xərclərinin artması, xammal qıtlığının yaranmasıdır: "Pandemiya təchizat dəyərini sıradan çıxarıb. İstehsalların təşkilinə problem yaradaraq, istehsal təşkilinin xərclərini artırdı. Nəticədə istehsal həcmləri aşağı düşdü və qiymətlər bahalaşdı. Bundan əlavə, pandemiya dövründə insanların aktivliyini bərpa etmək üçün dünya ölkələri işsiz insanlara pul payladılar. Bu vəziyyət isə pulun dəyərinin aşağı düşməsinə səbəb oldu. Nəticədə, insanların madii vəziyyəti aşağı düşdü. Lakin ümüd var idi ki, ilin ikinci yarısından bu artımlar zəifləyəcək və əvvəlki sürətlə olmayacaq. Ancaq Rusiya - Ukrayna müharibəsi ikinci bir qayğını ortaya çıxardı. Belə ki, Ukrayna bir çox ərzaq məhsullarının həm istehsalçısı, həm də ixracatçısı idi: taxıl, günəbaxan yağı, müxtəlif kənd təsərrüfatı məhsulları və.s zamanla isə bu məhsullarda qiymət artımı, qıtlığın yaranmasına gətirib çıxaracaq".
Ekspert onu da qeyd edib ki, ilin sonunadək qiymətlərdəki artım davam edəcək.
Şahnun QASIMOVA