-
- 8-07-2019, 17:26
- 994
Neymar Braziliya millisinə lazımdırmı? - ŞƏRH - FOTO - VİDEO
Qələbə üçün Neymar Braziliya millisinə lazım deyil.
News24.az-ın əməkdaşı son oyunu şərh edir.
Azarkeşlərlə tam dolmuş Marakana stadionu, Coppa Amerika 2019-un son oyunu, iki finalçı ölkə - Peru və Braziliya millilərinin qarşılaşması...
Himnlər səslənir və start fiti verilir. İlk dəqiqələrdən hücuma atılan Braziliya millisi və əks hücümlarda rəqibi yaxalamaq istəyən Peru. Emosional və aqressiv oyun.
Braziliyanın qolu üçün çox gözləmək lazım olmadı, Gabriel Jesusun gözəl keçid sonra krossu son toxunuş Evertondan və budur hesab 1:0 ev yiyələri irəlidədir. Daha sonra turnir boyu qapısını toxunulmaz saxlayan Braziliya özünü daha da güvənli hiss etdi.
Lakin 1-ci hissənin 43-cü dəqiqəsi, Tiago Silva yıxılarkən əli topa dəyir. Və Braziliya qapısında şüphəli 11 metrlik zərbə imkanı verilir. Guerrero penaltini mükəmməl yerinə yetirir və hesabı bərabərləşdirir.
Birinci hissənin sonuna artıq 1 deqiqə qalır. Qol yeyən Braziliya millisi son dəqiqədə hücuma keçir. Meydanın mərkəzindən Artur hücumçu Gabriel Jesusa ötürmə edir. O, isə öz növbəsində gözəl topla dönüş edərək qapının sol aşağı küncünə dəqiq zərbə endirir və Braziliya millisinin yenidən önə çıxarır.
İkici hissə başlar-başlamaz Peru hesabı bərabərləşdirmək üçün irəli atıldı. Oyunun 70-ci dəqiqəsində Gabriel Jesus 2-ci sarı vərəqəsini alaraq oyundan çıxarıldı. Bununla da o, Braziliya millsini azlıqda qoydu və onlar on nəfərlə mübarizə aparmağa məcbur idilər.
Öz say üstünlüyünü hiss edən Peru hücumlarını artıraraq, rəqibi qapısına sıxa bildilər. Amma dəqiq qapıya doğru zərbə vurmaq mümkün deyildi, vurulan zərbəni Allison Beker rahatlıqla dəff edirdi.
Oyunun əsas vaxtının 90-cı dəqiqəsində Evertonu Perunun cərimə meydanında yıxıldılması daha bir 11 metirlik cərimə zəribəsi ilə nəticələnir. Amma bu dəfə Perunun qapısına. Riçarlison zərbəni dəqiq yerinə yetirir və topu qapıya göndərir. Və budur final fiti səslərin Braziliya millisi Koppa Amerikada qazanılan kubok saylarını 9-a çatdırır.
Turnirin ən yaxşı oyunçusu Braziliya millisinin kapitanı Dani Alveş seçilir. Ən yaxşı qapıcı isə Braziliya millisinin qapıçısı turnir boyu yalnız 1 top buraxan Allison Bekker və 3 qol ilə turnirin bambordiri də braziliyalı Everton seçilir.
O da maraqlıdır ki, Braziliya millisinin əsas oyunçusu, kapitanın, heyətin tarixi 10 nömrəli formasının sahıbı Neymar turnirə zədə səbəbindən qatıla bilmədi
Və bu məqamda sual yaranır: 12 il trofey görməyən Braziliya millisinə Neymar lazımdırmı? Son 2-3 il ərzində millinin liderinə çevrilən Neymarla Braziliya heç bir qələbə qazana bilməməsi də faktdır. Onun üzərində qurulan oyun isə Braziliyaya xas olmayan gözoxşamayan bir futbol göstərirdi. Amma bu turnirdə Braziliya komanda oyunu oynayaraq yenidən azarkeşlərinin məhəbbətini qaytara bildi.
Emin Qasımov