-
- 7-12-2024, 17:00
- 465
“Onu dəfn edəndə, kənarda yetim kimi ağlayırdıq”
“Atam rəhmətə gedəndən sonra heç kim qapımı açmadı. Bu hadisədən sonra mən nə xalalarım, nə bibilərim, nə dayılarım, nə də ki əmilərimlə danışıram. Onlarla “salam – sağ olum” da yoxdur. Allah canlarını sağ etsin. Onsuz da mən onlarla yaxın deyildim, indi ümumiyyətlə uzaqlaşdım. Atam dünyasını dəyişəndən sonra özümü lap tənha hiss edirəm”.
News24.az yazır ki, bu sözləri rəqqasə Renka Ağamuradova qonaq olduğu “Rəngarəng” verilişində deyib.
Mərhum atasından danışan sənətçi göz yaşlarına hakim ola bilməyib.
Renka bildirib ki, valideyni vəfat etdikdən sonra o qohumları ilə əlaqəsini tamamilə kəsib:
“Bacımın oğlunun ad günü oldu. Anam, mən, bacım və uşaqlarımızla yığışıb yemək yeyirdik. Birdən ayılıb dedim ki, ana bizim yanımızda heç kim yoxdur. Heç kim... Anam cavab verdi ki, sənə kimsə lazımdır? Mən, bacın, uşaqlar var və biz sənin yanındayıq. Dedim ki, niyə atam yaşayanda hamı yanımızda idi, amma indi yoxdurlar?Mən də onun uşağıyam, mən də əziyyət çəkmişəm, onunla nəfəs almışam. Mən də onun yadigarıyam. Belə qardaş sevən idiniz, nə olardı ad günümdə və ya atamın dünyasını keçməsindən bir il ötəndə mənə zəng edərdiniz. Axı siz bilirsiniz ki, atamı mən necə sevirəm (ağlayır) və bilirsiniz ki, onsuz yaşaya bilmirəm. Atamın vəfatından 5 il keçir, amma onun ildönümü olanda gözüm telefonda qalmışdı ki, kimsə yığıb başsağlığı verəcək. Atam vəfat edəndə çox dostlarımdan ayrıldım. O zaman heç kim qapımı açmadı. Düzdür, o zaman pandemiya idi, amma bir tək yanımda Fatimə Fətəliyeva oldu. O hamıya zəng vurdu və uşaqlarıma görə pul yığdı. Sağ olsun mənə o zaman böyük dəstək olmuşdu. Atamı dəfn edəndə bacımla mən koronavirusa yoluxmuşduq. Anamı belə yanıma buraxmadım. Kənarda durub, yetim kimi ağlayırdıq. Heç kim bizə yaxın durmurdu, qorxurdular. Bizi xəstəxanaya yerləşdirdilər o vaxt isə yanımda bir tək Fatimə oldu. İndiyə kimi ona təşəkkürümü bildirirəm. O Roza Zərgərliyə, Sevil və Sevinc Səfərova bacılarına və bir sıra məşhurlara bizə köməkdən ötrü zəng vurdu. Fatiməgil evdə yemək bişirib xəstəxanaya göndərirdilər. Amma buradan demək istəyirəm ki, mən atama görə çox əziyyət çəkdim, amma siz onun qohumları məni tək qoydunuz. Bundan sonra nə olsa belə onlara yaxın durmayacağam və heç zaman barışmayacağam. Bilirəm ki, bundan sonra uşaqlarıma görə yaşamalıyam. Atam getdi və hər şeyim getdi... Onun mənə zəng etməsi üçün hər şeyimi verərdim. Hər zaman məni evə gələndə qarşılayırdı və mənim üçün yemək bişirirdi. Səhərə kimi onunla dərdləşirdim. O qədər gözəl insan idi... Heyif ondan. Nə olardı 5 il də qalardı yanımda, ondan bir az da doyardım. Allah onu məndən alıb, apardı... Niyə apardı?”.
\\olay