Messi ən dəyərli oyunçu seçildi

Messi ən dəyərli oyunçu seçildi İdman

37 yaşlı argentinalı hücumçu Lionel Messi MLS-də ilin ən dəyərli oyunçusu seçilib.

News24.az xəbər verir ki, səsvermənin nəticələrinə görə, Messi 38,43 faiz səs toplayıb. Səsvermədə ikinci yeri 33,7% səslə "Kolumb"un hücumçusu Kuço Hernandes tutub.

MLS Ən Dəyərli Oyunçu Mükafatı (Landon Donovan MVP Mükafatı) oyunçular, klubun texniki heyəti və media nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən verilir. \\\\Manset.az