-
- 9-12-2024, 11:39
- 213
Soyuq havalarda immuniteti güclü saxlamaq üçün bunları edin
Qış aylarında havaların soyuması immunitet sisteminin zəifləməsinə səbəb ola bilər.
News24.az xəbər verir ki, bu dövrdə xəstəliklərdən qorunmaq üçün güclü immunitetə sahib olmaq vacibdir. Qidalanmaya düzgün formada riayət olunarsa, qış fəsilini sağlam, xəstəliksiz və dərmansız başa vura bilərik.
Bunun üçün zəngin qidanmanı gündəlik həyatımıza sistemli şəkildə salmalıyıq.
Zəngin qidalanmanın orqanizmə faydası
A, C, D və E vitaminləri ilə zəngin qidalanmanın qışda artan soyuqdəymə və digər infeksiyalara qarşı immunitet sisteminə faydalı olduğunu deyən mütəxəssislər ən azı 2 porsiya meyvə, 3 porsiya tərəvəz yeməyi tövsiyə edirlər. Gündəlik mövsümə uyğun olan bu aylarda kök, brokoli, balqabaq, kələm, gül kələm, pırasa, cəfəri kimi meyvələrin də istifadəsi lazımdır. E vitamini mənbəyi olan paxlalılar və qurudulmuş qoz-fındıq gündəlik qida rasionuna kifayət qədər və balanslı formada daxil edilməlidir. Noxud, lobya, mərcimək kimi paxlalılar həftədə 2-3 dəfə, qoz, fındıq badam isə 20-30 qram yeyilməlidir.
Qış mövsümündə D vitaminin vacibliyi
Qış aylarında Günəş işığından məhrum olmaq orqanizmin D vitamini ehtiyacının ödənilməməsinə səbəb olur. D vitamini qidalarla aktiv şəkildə qarşılana bilməsə də, balıq D vitamini və çoxlu doymamış yağ turşuları (omeqa-3), kalsium, fosfor, beyin funksiyalarının inkişafı üçün lazım olan selenyum, tərkibində yod mineralları və E vitamini var. Bu səbəbdən qış aylarında həftədə 2-3 dəfə balıq yeyilməli, yağlı qidalardan uzaq durmaq lazımdır. Marqarin, kərə yağı, tərkibində yüksək xolesterol olan yağlı ətlərdən istifadə etmək tövsiyə olunmur.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, sağlam yağ turşuları olan zeytun yağı, yağlı toxumlar və qoz-fındıqlar gündəlik şəkər qəbulu ümumi enerjinin 10 faizini keçməməlidir. Bu mövsümdə sadə şəkərlər yerinə tam buğda çörəyi, bulqur kimi taxıllar, paxlalılar, meyvələr və şəkəri azaldılmış süd və ya şəkərli qidaların qəbulu sağlam həyat tərzini tənzimləyir. Sağlıqlı bişirmə üsulları ilə hazırlanan meyvə şirniyyatlarına və ev məhsullarına üstünlük verilməlidir.
Ağa Dadaşzadə