Yumurta və limonu birlikdə qaynatdıqda, görün, nə baş verir
    • 9-12-2024, 13:35
    • 135

Yumurta və limonu birlikdə qaynatdıqda, görün, nə baş verir

Qaynadılmış yumurta sağlamlığa faydalarına görə bir çox insan tərəfindən tez-tez istfadə edilir. Ancaq, yumurtanın qabığını soymaq bəzən çətin ola bilir.

News24.az xəbər verir ki, yumurta və limonun birlikdə qaynadılması yumurta qabığının daha asan soyulmasına kömək edə bilər. Çünki limonun turşuluq xüsusiyyəti yumurta qabığındakı kalsium karbonatla reaksiyaya girərək qabığını bir az daha yumşaldır.

Lakin bu proses tək başına asan soyulmağa zəmanət vermir. Yumurta qaynadıqdan sonra soyudulursa, xüsusən də soyuq suya qoyularsa, qabığın soyulması prosesi asanlaşa bilər.

Soyuq su yumurtanın içindəki hava boşluğunu genişləndirir və qabığın ayrılmasını asanlaşdırır. Onu da qeyd edək ki, ən təsirli üsullardan biri qaynayan yumurtaları dərhal soyuq suya qoymaqdır.

Yumurtaları təxminən 5-10 dəqiqə soyuq suda saxlasanız, içinin buxarlanmasını dayandırar və qabığının daha rahat çıxmasına şərait yaradarsınız.

Günel Məlikzadə