Zolağa girən sürücülər 40 manat CƏRİMƏ OLUNACAQ - DİQQƏTLİ OLUN!
    • 9-07-2019, 12:00
    • 3 570

Zolağa girən sürücülər 40 manat CƏRİMƏ OLUNACAQ - DİQQƏTLİ OLUN!

"Sürücülərə tövsiyə edirik ki, müəyyən olunan müddətdə sarı zolağın tələbin əməl etsinlər" 

Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində “Sarı zolaq” tətbiq ediləcək. 

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir. Məlumatda deyilir ki, ilk “Sarı zolağın” çəkilişinə iyulun 8-i axşam saatlarında Ziya Bünyadov prospektində başlanılacaq. Zolaqların çəkilişi ilə əlaqədar müvafiq nişanlanma işləri aparılacaq və yol nişanları qoyulacaq: "Sürücülərə tövsiyə edirik ki, müəyyən olunan müddətdə sarı zolağın tələbin əməl etsinlər. Əvvəlki illərin təcrübəsinə əsaslanaraq ümid edirik ki, Avropa və İslam Həmrəyliyi Oyunlarında olduğu kimi bu dəfə də hərəkət iştirakçıları qoyulan qaydalara anlayışla yanaşıb nəzərdə tutulan nəqliyyat tədbirlərinin vaxtında və uğurla reallaşmasına dəstək olacaqlar".
Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
 
Sarı zolaq çəkilən küçə və prospektlər    İstiqamətZolağ
Qara Qarayev prospektiƏli Vəliyev küçəsi ilə kəsişmədən Babək prospektinə kimisol
Qara Qarayev prospektiBabək prospektindən Əli Vəliyev küçəsinə kimisol
Üzeyir Hacıbəyov küçəsiSərdar Səfərov küçəsindən Azadlıq prospektinə kimisağ
Azadlıq prospektiÜzeyir Hacıbəyov küçəsindən Zərifə Əliyeva küçəsinə kimisol
Zərifə Əliyeva küçəsiAzadlıq prospektindən Rəsul Rza küçəsinə kimisol
Neftçilər prospektiRəsul Rza küçəsindən Niyazi küçəsinə kimisol
Neftçilər prospektiNiyazi küçəsindən Rəsul Rza küçəsinə kimisol
Atatürk prospektiZiya Bünyadov prospektindən Həsən Əliyev küçəsinə kimisol
Atatürk prospektiHəsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə kimisol
Hənifə ƏləsgərovVaqif prospektindən Cəlil Məmmədquluzadə küçəsinə kimisol
Tbilisi prospektiHAA-nın çıxışından Əbdülvahab Salamzadə küçəsinə kimisol
Moskva prospektiRövşən Cəfərov küçəsindən Rəşid İsmayılov küçəsinə kimiorta/sol
Moskva prospekti2-ci Alatava küçəsindən Müzəffər Həsənov küçəsinə kimisol
Rəşid İsmayılov küçəsiMoskva prospektindən İpək Yoluna kimisol
Neftçilər prospektiSərdar Səfərov küçəsindən Afiyəddin Cəlilov küçəsinə kimisol
Ziya Bünyadov prospektiKoroğlu Nəqliyyat Mübadilə Mərkəzindən 20 yanvar dairəsinə kimisol
Ziya Bünyadov prospekti20 yanvar dairəsindən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə kimiSol