Putin KTMT ölkələrinin rəhbərlərini qələbə paradına dəvət etdi
    • 10-12-2024, 10:24
    • 141

Putin KTMT ölkələrinin rəhbərlərini qələbə paradına dəvət etdi

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin rəhbərlərini və hərbi təmsilçilərini gələn il Moskvada keçiriləcək Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə parada dəvət edib.

News24.az xəbər verir ki, bu barədə Rusiya lideri KTMT ölkələrinin parlament rəhbərləri ilə görüşündə bildirib.

Rusiya prezidenti təşkilatın ölkələri tərəfindən tarixi həqiqətlərin qorunub saxlanması istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulayıb. Putin xatırladıb ki, Astanada keçirilən son sammitdə “1945-ci ildə qazanılmış ümumi qələbənin bütün bəşəriyyət üçün ümumi dəyər kimi dərk edilməsini” təşviq etmək üçün birgə işi davam etdirmək razılaşdırılıb.

Aynurə