-
- 10-12-2024, 19:58
- 113
"iPhone"nun qiyməti 2026-cı ildə rekord həddə çatacaq
"Apple" 2026-cı ildə "iPhone 18 Pro" və "Pro Max" smartfonlarının qiymətini artırmaq niyyətindədir.
News24.az teleqraf.com-a istinadən xəbər verir ki, buna səbəb əvvəlki modellərdən daha bahalı olacaq yeni prosessorlardan istifadədir.
Qeyd edilir ki, "Apple" ilk dəfə iki nanometrlik A20 Pro çipləri əsasında smartfonlar hazırlayacaq və istifadə olunacaq prosessorların qiyməti hazırkı prosessorlardan 70% baha olacaq. Buna görə də smartfonların qiyməti 50-85 dollar arası artacaq.
Yeni prosessorların daha sürətli performans və təkmilləşdirilmiş enerji səmərəliliyi təmin edəcəyi proqnozlaşdırılır.