Tez arıqlamaq üçün nə etməliyik?
    • 10-12-2024, 22:01
    • 143

Tez arıqlamaq üçün nə etməliyik?

“Tez arıqlamaq istəyənlər qida rasionunda tərəvəzin miqdarını artırmalıdırlar”

News24.az medianews.az-a istinadən xəbər verir ki, bunu endokrinoloq Mariya Kaloşina deyib.

Onun sözlərinə görə, tərəvəzlərdə lif var ki, onların istehlakı uzunmüddətli toxluq hissi yaradır, qan şəkərinin səviyyəsini tənzimləməyə və xolesterol səviyyəsini aşağı salmağa kömək edir.

Mütəxəssis həmçinin daha çox işlənməmiş qidalar yeməyi tövsiyə edib. O, kobud və lifli qidaların faydalarına diqqət çəkərək, onların istehlakının ürək-damar xəstəliklərinin yaranma riskini azaldığını qeyd edib.

Kaloşina qeyd edib ki, tez, asanlıqla və sağlamlığınıza zərər vermədən arıqlamaq mümkündür. Bunun üçün bir sıra kifayət qədər sadə qaydalara əməl etmək lazımdır.