-
- 10-12-2024, 12:23
- 93
Cənubi Koreya prezidenti üçün həbs tələbi
Cənubi Koreyada prezidenti Yun Sok Yolun elan etdiyi hərbi vəziyyət qərarı 6 saat sonra ləğv edilib. Cənubi Koreya Milli Assambleyası dekabrın 3-də hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar qanun layihəsini qəbul edib.
News24.az “Yonhap”a istinadən xəbər verir ki, hərbi vəziyyətin elan edilməsində iştirak edən 8 nəfərin həbsini nəzərdə tutan qanun layihəsi Milli Məclisdə səsə qoyulub. Səsvermə nəticəsində Yun, keçmiş müdafiə naziri Kim Yonq-hyun və keçmiş daxili işlər naziri Li Sanq-min də daxil olmaqla 8 nəfərin “dərhal həbs edilməsi tələbi”ni ehtiva edən qətnamə layihəsi 191 səslə qəbul edilib.
Eyni zamanda, parlamentin 2/3 səs çoxluğu ala bilmədiyi üçün Yunun işdən çıxarılması ilə bağlı vəsatət qəbul olunmadığından müxalifət bu dəfə həbslə bağlı qanun layihəsini gündəmə gətirib. Digər tərəfdən, hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Yunun mühakimə olunması üçün xüsusi səlahiyyətli prokurorun təyin edilməsi qərarı da parlamentdə qəbul edilib.
Günel Məlikzadə