-
- 11-12-2024, 00:12
- 106
Kimlər alkoqoldan tamamilə imtina etməlidir?
“Depressiyadan əziyyət çəkən insanlar alkoqoldan imtina etməlidirlər”
News24.az medianews.az-a istinadla xəbər verir ki, bunu həkim Alex Corc deyib.
Mütəxəssis xəbərdarlıq edib ki, diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu (DEHB) olan insanlar spirtli içkilərdən çəkinməlidirlər, çünki spirt impulsivliyi artırır, müsbət emosiyaları kütləşdirir.
“Əgər siz həftədə bir neçə dəfə uzun müddət içsəniz, bu pis vərdişin özü depressiyanın təkrarlanmasına səbəb ola bilər”, – deyə Corc bildirib.
Həkim qeyd edib ki, alkoqol bir vəziyyətdə “ilişib” qalan və özünü dərk edə və məqsədlərinə çata bilməyən insanlar üçün əks göstərişdir. Onun fikrincə, bu zaman insanın öz potensialını reallaşdırmağa mane olan güclü içkilərdir.