-
- 11-12-2024, 20:01
- 171
Yaxın Şərq Suriya ilə bitməyəcək: Bu iki ölkəni böyük təhlükə gözləyir - İngiltərə açıqladı
Suriyada silahlı müxalifətin hakimiyyəti ələ keçirməsi bütün Yaxın Şərq regionu üçün nəticələrə gətirib çıxaracaq.
News24.az publika.az-a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Suriyadakı keçmiş səfiri Piter Ford bildirib. O deyib ki, əsas təhlükə Livan və Fələstini gözləyir.
“Regional nəticələr ciddidir. Hər şeydən əvvəl, Livan indi “Hizbullah”ın zəiflik anından istifadə etməyə ümid edən suriyalı cihadçılar və onların israilli müttəfiqlərinin ikiqat zərbəsi ilə təhdid edilir ”, - səfir vurğulayıb.
Eyni zamanda Ford Suriya ilə İsrail arasında sülhün gələcəyinə inanır. Cihad qrupları ortaq düşmənləri “Hizbullah” və İrana qarşı vuruşmaq üçün İsraillə müttəfiq olmağa daha çox hazırdırlar.
Bundan əvvəl Əl-Müstənsiriyyə Universitetinin siyasi elmlər professoru bildirmişdi ki, Suriya Bəşər Əsəd rejiminin süqutundan sonra siyasi İslam dövrü ilə üzləşəcək. Ekspertin fikrincə, vəziyyət keçid dövrünün xarakterindən asılı və müvəqqəti olacaq.