Bu ölkədə ən yüksək dövlət qulluqçusu maaşı 11 dollardır
    • Bu gün, 16:02
    • 278

Bu ölkədə ən yüksək dövlət qulluqçusu maaşı 11 dollardır

Suriyada 13 illik vətəndaş müharibəsinin sonunda Bəşər Əsəd rejimi devrilib. 

News24.az xəbər verir ki, müxalifətin nəzarətində olan ölkənin artıq bazar iqtisadiyyatına keçəcəyi xəbərləri yayılsa da, Suriya funtu daha da dəyərsizləşib. 

Bəs 1 dolların 13.100 Suriya funtuna bərabər olduğu ölkədə məmur maaşı və minimum əmək haqqı nə qədərdir?

Suriya funtunun dəyərinin xüsusilə 2020-ci ildə böyük dəyər itirdiyi məlumdur. Bu il ABŞ Dəməşqə qarşı Sezar sanksiyalarını tətbiq edib. 1 dollar 1000 Suriya funtuna uyğun gəldiyi halda, Sezar sanksiyalarından az sonra 4000 Suriya funtu səviyyəsinə yaxınlaşıb.

1 dollar =13.100 Suriya funtu

1 avro =14.442 Suriya funtu

Minimum əmək haqqı: 92.970 funtu = 7.1 dollar

Ən yüksək dövlət qulluqçusu maaşı: 150,000 funtu = 11,45 dollar

Aynurə