Rusiya 4 ölkə ilə bağlı mühüm qərar verdi
    • Bu gün, 15:29
    • 116

Rusiya 4 ölkə ilə bağlı mühüm qərar verdi

Macarıstan, Türkiyə, Fransa və Çilidən olan dörd istehsalçıdan qarğıdalı və günəbaxan toxumlarının Rusiya Federasiyasına idxalına qadağa qoyulub.

News24.az xəbər verir ki,Macarıstanın “Syngenta KFT”, Türkiyənin “GLS Tohumculuk”, Fransanın “Lidea France” və Çilinin “Pinto Piga Seeds” şirkətlərinin məhsullarıdır.

Qeyd edək ki, Çilidən olan şirkət üçün qadağa dekabrın 13-də, Macarıstan, Türkiyə və Fransa istehsalçıları üçün isə dekabrın 16-dan qüvvəyə minəcək.

Ağa Dadaşzadə