-
- 13-12-2024, 10:09
- 2 626
Yumurta BAHALAŞDI: Yeni QİYMƏT - FOTO
Bəzi iri ticarət şəbəkələrində yumurtanın qiyməti artım müşahidə edilib.
News24.az Milli.Az-a istinadla xəbər verir ki, əvvəllər 12-13 qəpiyə satılan yumurta bir neçə gündür ki, daha baha 17-18 qəpiyə təklif olunur.
Bəs bu bahalaşmanın səbəbi nədir?
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Milli.Az-a bildirib ki, yumurtanın qiymətində artım yox, ucuzlaşma var.
"Əvvəllər 16-18 qəpik olan yumurta hazırda 13-14 qəpiyə təklif olunur. Kifayət qədər ehtiyat yumurta olduğundan bolluq səbəbindən Novruz bayramına qədər məhsulda qiymət artımı gözlənilmir".