-
- 13-12-2024, 10:30
- 112
Paşinyan Moskvaya getdi
Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada səfərdədir.
News24.az xəbər verir ki, məlumatı “Sputnik Armenia” yayıb.
Bildirilib ki, o, Avrasiya İqtisadi İttifaqının (Aİİ) hökumətlərarası Şurasının 41-ci toplantısında iştirak edəcək.
Qeyd edək ki, şuranın ilk iclası 2015-ci il yanvarın 1-də keçirilib. Qurumun 40-cı yığıncağı 2024-cü il oktyabrın 1-də İrəvanda olub. Aİİ-yə Ermənistan sədrlik edir. Ondan sonra bu missiya Belarusa veriləcək. \\metbuat.az