13 illik vətəndaş müharibəsini başladan həbsxana - Sednayadan ŞOK detallar
    • Bu gün, 11:44
    • 111

13 illik vətəndaş müharibəsini başladan həbsxana - Sednayadan ŞOK detallar

Suriyanın ən məşhur həbsxanası olan Sednayadakı məhbuslar rejim əleyhdarı qüvvələr tərəfindən azad edildikdən sonra suriyalı ailələrin axtarışları başlayıb. Minlərlə ailə Sednaya divarları arasında öz yaxınlarının izini axtararkən, rejimin i*gəncə mərkəzində saxlanılan məhbus qeydləri üzə çıxıb.

Prezident Bəşər Əsəd rejimi 2011-ci il qiyamını yatırmaq üçün hərəkətə keçəndən bəri ölkədə genişlənən həbsxana şəbəkəsində on minlərlə insan itkin düşüb.

News24.az NTV-yə istinadən xəbər verir ki, mülki sakinlər, müxalifət əsgərləri və xilasetmə qrupları hərbçilərin idarə etdiyi Sednaya həbsxanasının kamera bloklarında qalan paltar yığınları və qırmızı iplərlə qarşılaşıblar.

Dövlət Departamenti 2017-ci ildə həbsxanada hər gün 50 nəfərin a*sıldığını bildirib.

Əsədi devirdikdən sonra müxalifət Sednayanı açıb, məhbusları azad edib və ictimaiyyətə itkin düşənləri axtarmağa icazə verib.

Amerikanın “Wall Street Journal” qəzetinə danışan vəkil Əmmar Əl-Bara “Onların 99 faizi ölüb” şərhini verib.

Həbsxana sənədlərinə daxil olan vəkil siyahını oxuyub: “E*am edildi, e*am edildi, xəstəlikdən öldü”.

Böyük məhbus qruplarının saxlanıldığı kameralar atılmış paltarlarla doldurulmuş, yerə nazik döşəklər səpələnmişdi. Hücrənin divarına “Bir gün” sözləri həkk olunub.

Qərb hökumətləri, insan haqları qrupları və sui-istifadələrdən sağ çıxanların fikrincə, vətəndaş müharibəsindən sonra rejim i*gəncə və kütləvi həbsləri sənaye miqyasına qədər genişləndirib.

2022-ci ilə qədər təxminən 100 min suriyalı itkin düşüb.

Onu da qeyd edək ki, Əsədin həbsxanaları onun rejiminin vəhşiliyinin qlobal simvoluna çevrilib və bir çox ölkənin ondan kənarlaşdırılmasının əsas səbəbi olub.

Eyni zamanda, 2014-cü il hesabatında Əsəd hökumətinin 11 minə yaxın məhbusu e*am etdiyinə dair sübutlar tapılıb.

Ölənlərin c*sədlərini sənədləşdirmək vəzifəsi daşıyan suriyalı hərbi fotoqraf, sonradan müharibə cinayətləri ilə bağlı mühakimələrdə sübut kimi istifadə edilən yüz minlərlə fotoşəkili ilə həbsxanadan azad edilib.

Günel Məlikzadə