Dar şalvar geyinməyin: Çünki...
    • Bu gün, 10:41
    • 423

Dar şalvar geyinməyin: Çünki...


Bəzi həyat tərzi vərdişləri və obrazı ayaq damarlarında təhlükəli dəyişikliklər yaradır.

News24.az medicina.az-a istinadən xəbər verir ki, fleboloq Yelena Smirnova hətta geyim və isti vannanın da damarlarda problem yaratdığını deyib.

“Varikoz və trombozdan qorunmaq üçün həyat şəraiti və nə geyindiyinizə fikir verməlisiniz. Çox sıx, dar alt geyimləri, şalvarlar, lasinlər, isti ayaq vannaları, hamam və sauna tromboz yaranmasına səbəb ola bilər. Dar ayaqqabı, corab, şalvar geyinməyin. Varikoz genişlənməsi olanlara sauna və günəş vannası olmaz. Aktiv həyat keçirin, çəkinizə diqqət edin.

Oturaq işdə olanlarda və masa arxasında, kompüterdə çox oturanlarda varikoz və tromboz riski artır. İşdə hər 1 saatdan bir qalxıb ayaqlarınızın vəziyyətini dəyişin, gəzişin. Velosiped və qayçı formasında məşqləri edin. Varikozun ilk əlamətlərindən biri günün sonunda ayaqlarda şişkinlik, yorğunluqdur.

Tromboz isə dərin venalarda yarana bilər. Bu zaman həmin hissədə şişkinlik, qızartı, qıcolma olur, bəzən yeriyəndə ağrı tutur, insan axsayır.

Trombozun qarşısını almaq üçün 40 yaşdan sonra hər il ayaq venalarını dopler etdirin”, - Smirnova qeyd edib.