Zaqatala və Balakən sakinlərinin NƏZƏRİNƏ
    • 10-07-2019, 17:16
    • 868

Zaqatala və Balakən sakinlərinin NƏZƏRİNƏ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il iyulun 19-da saat 11:00-da Zaqatala rayon prokurorluğunun inzibati binasında Zaqatala və Balakən rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan News24.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Zaqatala rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.