Az qaldı: 2030-cu ildən sonra dünya ancaq bu ətdən yeyəcək
    • Dünən, 21:31
    • 599

Az qaldı: 2030-cu ildən sonra dünya ancaq bu ətdən yeyəcək

Hazırda toyuq donuz ətindən sonra bütün dünyada ikinci ən populyar ətdir, lakin bu vəziyyət 2027-ci ilə qədər dəyişməlidir.

News24.az publika.az xəbər verir ki, “S&P Global Platts” konsaltinq şirkətinin məlumatına görə, 2027-ci ilə qədər toyuq əti istehlakı təxminən 117 milyon ton, 2030-cu ilə qədər isə 120 milyon tona çatacaq.

“Aqroeksport” xəbər verir ki, bu dinamika toyuq ətinin donuz ətini ötməsinə imkan verəcək. Donuz ətinin istehsalı, əksinə, 2027-ci ildən 2030-cu ilə qədər olan dövrdə təxminən 115 milyon ton səviyyəsində sabitləşəcək.

İstehlak artımının aparıcıları Asiya və Afrika ölkələri olacaq. Belə ki, Hindistan, Vyetnam və Filippinin 2030-cu ilə qədər toyuq istehlakını müvafiq olaraq 27%, 17% və 15% artıracağı gözlənilir. Afrikada bu rəqəmin 21% artaraq 7,54 milyon tona çatacağı proqnozlaşdırılır.